Yeməyin həzm müddətləri

Food-Clock1

Hər bir qidanın mədəmizdə həzmi müddətləri müxtəlifdir.

1 saatdan az. Portağal, qreypfrut, albalı, alma, armud, ərik, şaftalı, üzüm,giləmeyvələr və digər sulu meyvələr, tərəvəzlər;

1-2 saat. Çay, kofe, kakao, süd, yumurta (qayğanaq), düyü, müxtəlif bulyonlar, çay balığı;

2-3 saat. Yumurta (qaynadılmış), kartof (qaynadılmış), dəniz balığı, çörək;

3-4 saat. Toyuq və mal əti (qaynadılmış), kök, turp, ispanaq, kartof (qızardılmış);

4-5 saat. Noxud, lobya, ət (qızardılmış);

5-6 saat. Göbələk

Tərəvəz və salatlara müxtəlif yağların əlavə edilməsi qidanın həzm müddətini artırır. Su, çay və şirələrin qəbulu zamanı mədənin boş olmasına diqqət edilməlidir. Ayrı kateqoriyalarda olan qidaların birlikdə qəbulu məsləhət görülmür.

Soyuq qidanın mədədə həzmi daha sürətli gedir, lakin tərkibindəki zülallar düzgün həzm olunmadığından xüsusilə ət məhsullarının qəbulu zamanı bağırsaqda müxtəlif bakteriyaların və nəticədə xəstəliklərin yaranmasına  səbəb olur.

 

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir