Səhər yeməyində 5 əsas qida

breakfast_mir

Gün boyu aktiv olmaq və günə enerjili başlamaq üçün səhər yeməyinin rolu əvəzsidir. Ona görə də, səhəryeməyini etməmək və ya onu bir stəkan çayla əvəzləmək məsləhət görülmür. Buna görə də, yazıda səhər yeməyi üçün əhəmiyyətli olan beş əsas qidadan danışılacaq.

Dənli bitkilərdən hazırlanmış sıyıqlar

Buğda, düyü, arpa, qarabaşaq, yulaf və s. dənli bitkilərdən hazırlanmış yeməklər minerallarla zəngin olduğundan və orqanizmdə gec həzm olunduğundan insanlara toxluq hissi verəcək. Bu yeməklərə dad qatmaq üçün isə müxtəlif giləmeyvə, quru meyvələrdən və ya baldan istifadə edə bilərsiniz.

Yağsız kəsmik

Ümumiyyətlə kəsmik kalsium və proteinlə zəngin olan qidadır. Səhər yeməyində isə yağsız kəsmiklərdən istifadə məsləhət görülür. Bu qidaya da dad qatmaq üçün, müxtəlif giləmeyvə, qurumeyvələrdən, mürəbbə və ya baldan istifadə edə bilərsiniz. Yox əgər şirni sevmirsinizsə, yağsız xama və göyərti ilə qidanın qəbuulu sizə daha uyğun olacaq.

Qayğanaq və ya omlet

Proteinlə zəngin olan digər bir vacib qida yumurta hesab edilir. Əgər günortaya qədər tez aclıq hiss edirsinizsə qaynadılmış yumurta və ya qayğanaq tam sizlikdir. Qayğanaq (Omlet) hazırlanarkən pomidor, bolqar bibəri, göyərti və ya başqa ərzaqlar da əlavə edə bilərsiniz.

Meyvələr

Əgər düzgün və sağlam qidalanmanın tərəfdarısınızsa, sizin rasionunuzda mütləq meyvə və ya giləmeyvələr olmalıdır. Meyvə, tərəvəz və yağsız yoqurtlardan istifadə edilərək hazırlanmış salatlar səhər yeməyinin əla əvəzləyicisi ola bilər.

Yoqurtlar

Bu qida orqanizmdəki xolestrinin miqdarını tənzimləyir. Yoqurtun tərkibində olan laktobakteriyalar bədəndəki maddələr mübadiləsini tənzimləyir, mədə bağırsaq sisteminin işləməsinə müsbət təsir göstərir. Yoqurtun səhərlər içilməsi nəticəsində orqanizmdə mədə şirəsi ifraz  edilir, bu da qidanın həzmini rahatlaşdırır.

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir