Cəfəri

0.20 AZN

Çeşid: Etiketlər: , , ,

Faydaları:

Cəfəri arıqlamağa yardım edir. Dəmir vitamini əskik olanlar da çoxlu cəfəri qəbul etməldir. A, B1, B3, və C vitaminləri, kalsium və dəmir tərkibli olan xoş qoxulu cəfəri, ət yeməkləri, şorbalar, duzlu tort və omlet, hətta plovlara dad verən gözəl bitkidir.

Böyrək və öd daşlarının düşməsinə kömək edir. İki-üç dəstə cəfərinin köklərini 4 stəkan suda qaynadın. Səhər və axşam bir çay stəkanı için. Bu çay öd və böyrəkdə olan daşların düşməsinə kömək edir.

Yeməkdən sonra ağızınızda xoş bir qoxu olmasını istəyirsinizsə, bir neçə ədəd cəfəri çeynəyə bilərsiniz. Ağır və yağlı yeməkdən sonra özünüzü narahat hiss edə bilərsiniz. Bunun aradan qaldırmaq üçün yarım dəstə cəfərini bir dəmlikdə qaynadıb az balla qarışdırdıqdan sonra içinə az miqdarda limon sıxsanız, möcüzəvi içki və həzmi asanlaşdıran şəfa əldə etmiş olarsınız.Çoxlu cəfəri yemək, bənizimizin rəngini düzəldir və dəriyə təravət bəxş edir. Cəfəri suyu ilə dəriyə kompres edilsə, dəri daha parlaq olur.

Cəfəri ən zəngin C vitamini qaynaqlarından biridir. Hər səhər bir qədər cəfəri yemək gün ərzində bizə lazım olan C vitamininin böyük qisimini təmin edə bilir. Cəfəri siqareti yeni buraxanlar üçün də olduqca faydalı bitkidir. Belə ki, bəlğəmlərin boğazdan xaric olunmasında cəfəri suyunun böyük rolu var.

Rəylər


Heç bir rəy yoxdur.

İlk rəyi yazın. “Cəfəri”