Prezident menyusu

pr6

Dünya liderlərinin yemək menyuları haqqında ətraflı məlumat əldə etmək çətin olsa da, onların şəxsi etiraflarına əsasən bəzi faktlar toplamaq mümkün olmuşdur.

Kim Çin İn

pr1

Şimali Koreya prezidentinin ən sevdiya qidalardan biri “Emmental” pendiridir. Məhz bu pendir onun kökəlməsinin səbəbkarı olur. Eyni zamanda Kim Çin İn akula üzgəcindən hazırlanmış yeməklərə üstünlük verir. Prezidentin hələ uşaq yaşlarından tünd spirtli içkilər qəbul etdiyi məlumdur.

Barak Obama

ABŞ prezidenti qovrulmuş badam, araxis, püstə, südlü şokolad və tərəvəz kimi qidaları çox sevir. Yeməkləri adətən su və ya çayla birlikdə qəbul edir. Barak Obama mayonez və çipslərdən qətiyyən istifadə etmir. Bundan başqa onu pivə sevdiyi də məlumdur. Hətta 2012-ci ildə Barak Obama Ağ Ev ərazisində kiçik pivə sexi qurub. Barak Obama həm də fastfud həvəskarıdır.

pr2

Mişel Obama isə  Ağ Evin həyətində öz şəxsi tərəvəz bağını yaratmış və burada ispanaq, kələm, brokoli, göyərti və başqa tərəvəzlər yetişdirdiyi açıqlanır.

Vladimir Putin

Prezident səhər yeməyində sıyıq, bildirçin yumurtası və kəsmik (ballı) yeməyi xoşlayır. Eyni zamanda, səhərlər öz resepti ilə tərəvəz və bitkilərdən hazırlanmış kokteyl içir. Yaşıl çaya üstünlük verir.

pr3

Xarici səfərlərdə yerli mətbəxdən yeməklər sifariş verməyi sevir. Balıq və qoyun ətinə üstünlük verir. Şirni sevməsə də, dondurma yeməyi xoşlayır. Spirtli içkilərdən şərab və ya pivəyə üstünlük verir.

Kraliça II Elizabet

Kraliça Elizabet öz gününü yulaf lopaları ilə başlayır. Krivet və digər dəniz məhsullarından qətiyyən istifadə etmir, lakin kartofu xoşlayır. Spirtli içkilərdən isə dyubon və cin içməyi sevir.

Anqela Merkel

Pendir həvəskarı olan Anqela Merkel bolonyeze, kartof salatı, balıq yeməkləri və müxtəlif şorbaları xoşlayır. Spirtli içkilərdən şəraba üstünlük versə də, bəzən pivədən də istifadə edir. Məlumatlara görə kansler boş vaxtlarında yemək bişirməyi sevir.

57

 

 

 

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir