Pomidor

Pomidorun Faydaları

Bu tərəvəzin dadı və ətri hər  birimizə məlumdur. Lakin bu yazıda pomidorun insan sağlamlığına faydaları və ya mümkün ola biləcək zərərləri haqqında danışılır.

Pomidorun tərkibi A, B2, B6, PP, E və K vitaminləri, fruktoza, qlyukoza, mineral duzlar, yod, dəmir, sink, natrium və s. zülal və mineral birləşmələri ilə zəngindir. Əlbəttə ki, pomidorun tərkibində olan ən faydalı birləşmə isə likopin hesab edilir. Bu maddə xərçəng əleyhinə vasitə kimi istifadə edilir və xərçəng hüceyrələrinin yaranmasını əngəlləyir.

Pomidor insanın əsəb sisteminin tənzimlənməsinə köməklik göstərir. Belə ki pomidorun tərkibində “sevinc harmonu” olaraq bilinən, antideprisantlar olduğundan insanı sakitləşdirmək xüsusiyyətinə malikdir. Bundan başqa, pomidoru arıqlamaq üçün də istifadə etməyi məsləhət görürlər. Pomidorun tumları isə qanı durulaşdırma xüsusiyyətinə malik olduğundan, tromboz əleyhinə profilaktik vasitə kimi istifadə edilir.

Lakin bir çox tədqiqatçıların fikrinncə, pomidorun faydaları qədər insan orqanizmi üçün zərərləri də var. İlk növbədə, pomidorun allerqik xüsusiyyətlərinin olması qeyd edilməlidir. Pomidor insanlarda nikotin asılılığının artmasına səbəb olur. Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlərə isə pomidoru duza qoyulmuş və ya konservləşdirilmiş şəkildə yemək məsləhət görülmür. Pomidorun həddindən artıq istifadəsi isə orqanizmdə daşların əmələ gəlməsinə səbəb olur.

Pomidoru xüsusən ət, balıq, yumurta və çörəklə birlikdə yemək məsləhət deyildir.

 

 

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir