Məktəbli rasionu

junk-food

Məktəblilərin düzgün qidalanması onların fiziki inkişafı, infeksion xəstəliklərə qarşı orqanizmin mübarizə gücünün artırılması və məktəblilərin zehni qabiliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Məktəblilər üçün qidalanmanın aşağıdakı kimi olması məsləhət görülür.

1.Səhər yeməyi

Səhər yeməyində isti yeməklərin olmasına diqqət  yetirin. Bilindiyi kimi səhər üçün ən ideal yemək sıyıq hesab edilir. Uşaqlar isə sıyığı xoşlamırlar. Ona görə də bal, qoz ləpəsi və ya giləmeyvələrlə sıyıqlara dad qatmağa çalışın. Tərkibində kraxmal olan kartof və ya makarondan hazırlanmış qidalar da məsləhətdir. Belə qidalar gec həzm olunduğundan tərkibindəki qlukoza qana tədricən daxil olur və insanın uzun müddət tox olmasına kömək olur. Meyvə və tərəvəzlərdən də istifadə etməyə çalışın.

breakfast_mir

Eyni zamanda yeməyin çeşidli olması üçün zülallı qidalardan da istifadə edə bilərsiniz. Misal üçün, tərəvəzli omlet və ya qayğanaq.

2. Nahardan öncə

Bu yemək məktəblinin çantada götürdüyü ikinci səhər yeməyi hesab edilir. Əgər məktəbdə yemək verilirsə, meyvə şirəsi, alma və ya armud və yüngül şirniyatlar qoymağınız kifayətdir.

Yox əgər məktəbdə yemək yeməyə imkan olmayacaqsa, ikinci səhər yeməyi daha çeşidli olmalıdır. Belə qidalanma üçün çox vaxt analar yağ, pendir və ya kolbasalardan hazırlanmış buterbrodlardan istifadə edirlər. Ancaq həkimlər belə qidalannmadan çəkinməyi məsləhət görürlər. Ən yaxşı halda qaynadılmış mal və ya toyuq əti, yağsız pendir və tərəvəzlərdən (xiyar, bolqar bibəri, kök və s.) istifadə edilməlidir. Qidanı saxlamaq üçün plastik qablardan istifadə edin. Əlbəttə ki, yeməklərdən kəskin qoxunun gəlməməsinə diqqət edin.

еда-болезни-605x350

Məktəblilərin çips, qazlı şirin içkilər, şirniyatlar və bişmələri məktəb rasionundan çıxarmağa çalışın. Məktəbli içkisi kimi, sulu yoqurtlardan və ya adi qazsız sudan daha çox istifadə edilməlidir.

3. Nahar

Nahar yeməyi birinci, ikinci yemək və desertdən ibarət olmalıdır. Birinci yemək olaraq hər hansı şorbanın olması mütləq vacibdir. İkinci yeməyin isə mümkün qədər toyuq, mal əti və ya balıqdan hazırlanmasına diqqət edin. Tərəvəzlərdən də istifadə etməyə çalışın.

4. Şam yeməyi

Şam yeməyində balıq və ya toyuq ətindən hazırlanmış yeməklərdən, düyü qarabaşaqdan hazırlanmış yeməklər daha çox məsləhətdir. Şam yeməyində kartofdan istifadə etməməyə çalışın. Əlbəttə ki, tərəvəzlərdən hazırlanmış salatlar şam yeməyində də qəbul edilə bilər.

foto5

Uşaqların gün ərzində yaşından asılı olaraq 1-2 litr su qəbul etməsinə diqqət edin. Yemək rasionu hazırlanarkən 7-11 yaş arası uşaqların 2300 kkal, 11-14 yaşlı uşaqların 2500 kkal, 14-18 yaşlı uşaqların 3000 kkal enerji sərf etdiyini nəzərə alın. Əgər uşağınız idmanla məşğul olursa onun rasionu daha 300 kkal artırılmalıdır. Məktəblilərin gündəlik rasionunda mütləq kəsmik, süd, pendir, ət məhsulları, balıq və yumurta olmalıdır.

Sonda isə, ən əsas məsləhət, uşaqlarınızı məcburən yedizdirməyin. Orqanizmin özü qidalara olan tələbatını müəyyən etməyə qadirdir.

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir