İstifadə Şərtləri

KENDDEN.COM meyvə, tərəvəz və kənd məhsullarının onlayn satışını və ünvana çatdırılmasını həyata keçirir.

Sifariş və Çatdırılma

Məhsulların sifarişi kendden.com internet saytı və ya telefon nömrəsi vasitəsi ilə həyata keçirilir.

Məhsulların sifarişi ilə bağlı aşağıdakı şərtlər təmin edilməlidir:

1. Məhsulların minimum toplam tutarı 10 AZN-dir. Əgər bu miqdardan az sifariş verilərsə 3 AZN miqdarında əlavə “Sifariş Minimumu” ödənişi edilir.

2. Sifariş miqdarı 50 kq-dan çox olduqda məhsulların çatdırılması üçün əlavə ödəniş istənə bilər. Yaşayış məntəqəsindən asılı olaraq bu ödənişin miqdarı 3-5 AZN arası dəyişir.

Məhsul sifarişi internet sayt vasitəsi ilə gün boyu (24 saat), telefon vasitəsi ilə isə (bazar ertəsi- şənbə günləri saat 10:00-dan 17:30-a qədər qəbul) edilir.

Məhsulların sifarişi zamanı müştəri aşağıdakı məlumatları doldurur:

  • Ad və soyad.
  • Sifarişin çatdırılacağı ünvan.
  • Əlaqə nömrələri (Sifarişlə bağlı problem yarandıqda əlaqə saxlamaq üçün)
  • Email adresi (Sifariş qəbzinin göndərilməsi üçün)

Sifarişin verilməsi zamanı müştəri ünvandan əlavə ünvanın yerləşdiyi yerin təfsilatlarını da qeyd etməsi məsləhət görülür. Sifarişlə bağlı əlavə məlumatlar müştərinin istəyinə bağlı olaraq qeyd bölməsində göstərilir.

Sifariş verildikdən sonra sifarişin çatdırılma üsuluna və vaxtına bağlı olaraq müştərinin sifarişi satın alınaraq bir neçə saat ərzində göstərilən ünvana çatdırılır. Sifariş ünvana çatdırıldıqda qeyd edilən əlaqə vasitəsi ilə müştəri məlumatlandırılır.

Məhsulların çatdırılması (ödənişsiz olaraq) aşağıdakı şəkildə həyata keçirilir:

Sifariş vaxtı  Çatdırılma vaxtı
10:00 – 12:30 12:30 – 15:00
12:30 – 15:00 15:00 – 17:30
15:00 – 17:30 17:30 – 20:00
17:30-dan sonra verilən sifarişlər Növbəti gün 10:00-12:30

QEYD: Əgər sifariş gecikərsə (göstərilən vaxt ərzində çatdırılmazsa), növbəti sifariş üçün sizlərə 5%-lik endirim hədiyyə olaraq təqdim edilir.

Davamlı Sifariş xidməti

Müştərilər seçdikləri həftəlik və ya aylıq bazalıq səbətlərinə uyğun olaraq, həftənin və ya ayın müəyyən günlərində mövsümə uyğun meyvə, tərəvəz, göyərti və s. məhsullarımız ünvanınıza davamlı  olaraq çatdırılır.

Təhlükəsizlik

Saytda qeydiyyatdan keçərkən istifadə etdiyiniz məlumatlar bizim üçün çox əhəmiyyətlidir  və sizin istifadə etdiyiniz məlumatlar (ünvanlar, telefon nömrələri, email adresi və s.) başqa şirkət və qurumlara ötürülməyəcək.

Bizim məlumat bazasında isə sadəcə sifarişlərin vaxtında və tez çatdırıla bilməsi üçün istifadə edilən məlumatlar saxlanılır. Buna görə də, sifariş əsasında istifadə etdiyiniz məlumatların dəqiq olması çox əhəmiyyətlidir. Başqa üzvlərin sizinlə əlaqəli məlumatları əldə etməsi və ya bunları dəyişdirməsi mümkün deyildir.Qeydiyyat zamanı yalnız vacib olan məlumatlar xaric, digərlərini qeyd etmək sizin istəyinizə bağlıdır.

Endirim Kuponları

Kendden.com sizə saytımızda qeydiyyatdan keçərkən və ya bazarlıq edərkən endirim kuponları qazanmaq imkanı yaradır. Bu endirim kuponları həm səbətin toplam tutarına, həm də ayrıca məhsullara tətbiq edilir. Endirim kuponları email vasitəsi ilə göndərilir.

Məhsulun sifarişi və çatdırılması ilə əlaqəli ən çox soruşulan suallarla aşağıda tanış ola bilərsiniz.

Məhsullar şəhərdə mövcud olan yerli pərakəndəçi dükanlardan fərqli olaraq, birbaşa sizin istəyinizə uyğun olaraq topdan mağazalardan satın alınır və satın alındıqdan bir neçə saat ərzində sizə çatdırılır. Eyni zamanda məhsulların qablaşdırılması, onun keyfiyyətinin qorunmasını təmin edir.


Gün ərzində çatdırılma xidməti tam pulsuz olaraq həyata keçirilir və müştərinin sifariş verdiyi məhsullar 2-3 saat ərzində çatdırılır.

Nəğd ödəniş. Bu ödəniş şəklində müştəri sifariş verdiyi məhsulları, ünvana çatdırılma zamanı birbaşa olaraq çatdırılma əməkdaşına təqdim edir. Bu zaman müştəri ödənişi ona verilən qaimə əsasında həyata keçirir. Qaimədə yazılan miqdardan artıq ödənişin həyata keçirilməsi yolverilməzdir.

Sifarişlər təslim alındıqdan sonra, əgər məhsulda heç bir problem yoxdursa sifarişdən imtina etmək və ya məhsulların geri qaytarılması mümkün deyil.

12 saat ərzində sifarişi təslim almadınızsa telefon və ya internet saytda göstərilən formdan istifadə edərək bizimlə əlaqə saxlamağınız xahiş olunur.