Göyərtilərin düzgün saxlanma qaydası

Göyərti saxlanması

Göyərtinin soyuducuda düzgün saxlanılması üçün ilk öncə göyərtilərin təmizlənilməsinə və yuyulmasına diqqət edilməlidir. Göyərtilər təmizləndikdən sonra, onlar balaca bir qabda yuyulmalıdır. Göyərtinin güclü su şırnağında yuyulmamasına diqqət edin. Göyərtini yuyarkən onun yarpaqlarını zədələməməyə çalışın, bu onların uzun müddət dad və görünüşünü saxlamasına kömək edəcək.

Göyərtinin saxlanması

Göyərtilər yuyulduqdan sonra qurudulmalıdır. Bunun üçün göyərtilər dəsmalın üzərinə sərilməli və 1-2 saat müddətinə saxlanılmalıdır. Göyərtilər tam qurudulduqdan sonra, balon və ya konteynerə doldurulmalıdır. Bu zaman göyərtilərin sıx doldurulmamasına diqqət edin. Göyərtilər qaba doldurulduqdan sonra qapağı bağlanılır. Belə qablaşdırma ilə göy soğan, cəfəri, keşniş və şüyüdü 15-20 gün müddətinə, digər göyərtiləri isə 1 aya qədər saxlamaq mümkündür.

Qablaşdırma üçün adi salafan paketlərdən də istifadə edə bilərsiniz. Paketin ağzı bağlanmadan öncə göyərtilərin hava ilə təmin olunması üçün, onu üfürərək doldurmaq lazımdır.

Bunlara diqqət edin:

  • Göyərtinin saralmış, xarab olmuş yarpaqları təmizlənməlidir,
  • Göyərti güclü su şırnağında yuyulmamalıdır,
  • Soyuducuya yerləşdirmədən öncə tamamilə qurudulmalıdır,
  • Hər bir göyərti çeşidini ayrıca saxlamağa çalışın.

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir