Beynimiz üçün 5 vacib qida

Beynin cəld və düzgün işləməsi üçün əlbəttə ki, sağlam qidalanmaya ehtiyacı var. Bu qidalardan aşağıdakılarının daha çox istifadə edilməsi məsləhət görülür:

baliq

Balığın tərkibində olan yağlar orqanizm üçün mielin maddəsini formalaşdırır. O da beyində informasiyanın bir hüceyrədən digərinə ötürülməsini sürətləndirir. Gün ərzində 100 qram balıq insan beyninin reaksiya sürətini artıracaq

Qoz Təmizlənmiş

Qozun tərkibində olan omeqa3 və digər zülallar, insan orqanizmində depressiya əleyhinə olan serotonin miqdarını artırır. Bundan başqa, onun tərkibində olan lesitin maddəsi yaddaşın güclənməsinə kömək edir.

kakao-bobi

Tərkibində olan flavanol maddəsi beyində qanın nəqlini sürətləndirir. Alçqeymer xəstəliyinin yaranmasını əngəlləyir. Bundan əlavə, isti şokoladın tərkibində olan anandamid və dofomin maddələri insanda xoşbəxtlik hissi yaradaraq, əhvalını yüksəldir.

Yumurta

Zülallarla zəngin olan yumurtanın tərkibində olan xolin maddəsi, insanın diqqətinin cəmləşməsinə və beyin neyronlarının sinir impulslarının keçiriciliyini artırır.

Alma

Beyin damarlarının elastikliyini artırmaqla onlarda tutulmaların qarşısını alır. Beləliklə, alma beyinə qan sızmasının və insultun qarşısını alır.

 

Müəllif: Admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir